Dünya

Rusiyanın 7 hava limanı bağlandı

15 Fevral 2025 17:21
Baxış: 960
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rosaviatsiya pilotsuz təyyarələrin hücumu səbəbindən 7 şəhərdə hava limanlarının fəaliyyətini müvəqqəti məhdudlaşdırıb. 

Milli.Az rus mətbuatına istinadla xəbər verir ki, hava limanlarının bağlanması təhlükəsizlik tədbirləri ilə əlaqələndirilib. Rosaviatsiya bu addımı pilotsuz təyyarə hücumlarının yaratdığı təhlükə səbəbindən atıb.

Fevralın 15-nə keçən gecə bir neçə region dron hücumlarına məruz qalıb və nəticədə yerli yanğınlar baş verib.

Uçuşların qəbulu və göndərilməsinin dayandırıldığı şəhərlər:
Həştərxan
Vladiqafqaz
Volqoqrad
Qroznı
Kaluqa
Saratov

İlkin məlumatlara görə, hücumlar nəticəsində itki qeydə alınmayıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.