“Azərbaycan muğamı” layihəsi çərçivəsində “Rast” dəstgahı təqdim olunub - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzinin "Azərbaycan muğamı" layihəsi çərçivəsində təqdim etdiyi "Muğam dəstgahları"nda "Rast" dəstgahı təqdim olunub. Fevralın 12-də gerçəkləşən konsert proqramında Muğam Televiziya Müsabiqəsinin laureatları Məhəbbət Səfərov, Xəyal Hüseynov və Mirəli Sarızadə çıxış ediblər.
Konsertdən əvvəl Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə bildirib ki, layihədə təqdim edilən muğamlar və dəstgahlar haqqında ifalardan əvvəl qısa xülasə verilir bu da muğamla ilk tanışlığı olan dinləyicilərdə həmin dəstgah haqqında dolğun məlumat yaradır. Direktor onu da diqqətə çatdırıb ki, Azərbaycan muğamının səciyyəvi cəhətlərindən biri də onun dramaturji xəttlə ifa olunmasıdır. Zildən bəmə, pillə-pillə hər şöbə və guşələr arasında kiçik təsnif, rəng və dəramədlər olmaqla dinləyicini mərhələli şəkildə bir şöbədən digərinə hazırlayır. Direktor həmçinin vurğulayıb ki, bizim ən vacib missiyalarımızdan biri əcdadlarımızdan bizə miras qalan muğamlarımızı gələcək nəslə ötürməkdir. "Muğam dəstgahları" layihəsi də məhz bu amala xidmət edir. Biz ənənəni qoruyaraq ustad sənətkarlardan öyrənilən muğamları, klassik formada, düzgün və olduğu kimi ötürməliyik. Sevindirici hal həm də odur ki, "Rast" muğamını təqdim edəcək hər üç xanəndə Muğam Televizya Müsabiqəsinin laureatlarıdır. Onların hər üçü eyni müəllimin, Əməkdar artist, pedaqoq Təyyar Bayramovun tələbəsidir.
Xalq artisti, professor Vamiq Məmmədəliyev "Rast" haqqında dəyərli tövsiyyələrinin gənc ifaçılar üçün böyük önəm kəsb etdiyini deyib, dövlətimizin muğam sənətinə göstərdiyi diqqətdən söz açıb.
Müsabiqələr nəticəsində neçə-neçə istedadlı xanəndənin yetişdiyini diqqətə çatdırıb. "Rast"ın şöbələri haqqında məlumat verərək bu muğamın çox qədim olduğunu, uzun bir yol gəlməsinə baxmayaraq öz tonallığını qoruduğunu və müasir günümüzdə muğam sənətinin tədrisində "Rast"ın proqram üzrə tələbələrə öyrənildiyini qeyd edib. O, həmçinin hər ifaçının səsində öz məlahətində səslənən "Rast" ın görkəmli xanəndələr Məşədi Məmməd Fərzəliyev, Xan Şuşinski, Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Ağaxan Abdullayev ,Vahid Abdullayev və tanınmış xanəndələrimizin ifasında səs xəzinəmizə daxil olduğunu , mərdlik , dürüstüslük rəmzi etiva etdiyini də xüsusi vurğulayıb.
Daha sonra xanəndələrin ifası dinlənilib. Konsert tamaşaçıların böyük rəğbəti və alqışları ilə qarşılanıb. Qeyd edək ki, layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılması və gələcək nəsillərə ötürülməsidir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Polis bir gündə 48 cinayəti açdı - 124 nəfər saxlanıldı
-
İş axtaranlara mühüm xəbər - Bu şəhər və rayonlarda minlərlə yeni vakansiya açılacaq
-
Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutdu - (Foto)
-
UEFA Millətlər Liqasında ilk gün: 8 matç keçiriləcək
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi ziyarət edib - (Video/Foto)
-
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - (Foto)
-
Hande Erçel CeyLo ilə - (Foto)
-
Metroda iş saatı uzadılır
-
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib - (Video/Foto)
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başladı
-
Nüsrətin restoranındakı yarıçılpaq görüntüsü müzakirə yaratdı- (Video)
-
Azərbaycan nefti 121 dolları keçdi
-
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - (Yenilənib/Foto)
-
Bu şəxslərin maaşı və pensiyası artırılır
-
Nuri Əhmədov vəfat etdi
-
2027-ci ildə pensiyalar nə qədər artacaq?
-
Neftin qiyməti ucuzlaşdı
-
Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
-
Formula 1 həftəsində xarici media Azərbaycan irsi ilə tanış olub - (Foto)
-
Pultda "0" düyməsinə uzun basanda işə düşür: Çox adam bunu bilmir
-
Azərbaycan Qran Prisi 2026: Sürət həvəskarları “Pit” zolağı gəzintisində - (Foto)
-
Göyçayda 4 nəfərlik qeyri-adi velosiped - sürücünün 12 yaşı var - (Video)
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır





