Dünya

Obama eşq iddialarına belə cavab VERDİ - FOTO

15 Fevral 2025 11:07
Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər Barak Obama ilə məşhur aktrisa Cennifer Eniston arasında münasibət olduğu barədə iddialar yayılıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Obama bu söz-söhbətlərə həyat yoldaşı Mişel Obama ilə birlikdə çəkilmiş romantik bir foto paylaşaraq cavab verib.

O, paylaşımına "Otuz iki il birlikdəyik və sən hələ də nəfəsimi kəsirsən. Sevgililər günün mübarək" şərhini yazıb.

Qeyd edək ki, ötən ilin avqustunda "InTouch" jurnalı Cennifer Eniston və Barak Obamanın guya münasibətdə olduğunu, hətta Mişel Obamanın bu səbəbdən boşanmaq qərarı verdiyini iddia etmişdi.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.