Ölkə

Salyanda vəzifəli şəxsin də öldüyü dəhşətli qəzada xəsarət alanların SON DURUMU

29 Yanvar 2025 17:05
Baxış: 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Milli.Az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan üç nəfər (kişi cinsli) 28 yanvar saat 19:00-da Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"1996, 2009, 1971-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardımlar göstərilib, müalicələri davam etdirilir. Müxtəlif bədən xəsarətləri alan və Cərrahiyyə şöbəsinə yerləşdirilən iki nəfərin vəziyyəti orta ağır, Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti isə ağır olaraq qiymətləndirilir",- deyə məlumatda bildirilir./oxu.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.