Ölkə

Qılınc, Saniyə, Dua... - Azərbaycan uşağa qoyulan nadir adlar

31 Dekabr 2024 19:38
Baxış: 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü ildə Azərbaycanda uşaqlara verilən bir sıra nadir adlar məlum olub.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu il Zərqələm, Tükəzban, Dağlar, Məhluqəzəhra, Səmərqənd, Tuncayə, Bikəxanım, Sərvinaz, Almaxanım, Nənəş, Arazəli, Dağıstan, Dağhan, Xanəli, Xanımzeynəb, Oğuzcan, Saniyə, Buludxan, Əmin, Əminağa, Dua, Amine, Aminaxatun, Canel adlarının hər biri bir uşağa verilib.

İl ərzində bir uşağa qoyulan nadir adlar sırasına Cansel, Qurbət, Malikə, Üseyd, Pavel, Mikael, Həkim, Namin, Qarakişi, Qabriealla, Üzel, Birgül, Sinay, Sifayə, Siadə, Xırdaxanım, Xına, Zinnurə, Çilənay, Çigəli, Şahməran, Şikar, Qılınc, Qıznişan, Limanə, Zinhar, Elis, Elmi, İlanur, İmmi də daxildir.

Eyni zamanda, Ramo, Güldanə, Bəyim, Bəyimxanım, Misir adlarının hər biri iki uşağa verilib, üç uşağa isə Nənəxanım, Zara, Şiraslan, Pamir adları qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.