Ölkə

Agentlik sədrindən xaricdə hüquqşünaslıq üzrə diplom alanlarla bağlı AÇIQLAMA

24 Dekabr 2024 12:48
Baxış: 597
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hazırda səhiyyə, tibb, müəllimlik, mühəndislik və hüquqşünaslıq üzrə xaricdə alınan kvalifikasiyaların peşə tanınması müvafiq olaraq Səhiyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar əsasında həyata keçirilir".

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Dövlət İmtahan Mərkəzinin peşə tanınması üzrə nəticələrə baxdıqda xaricdə hüquqşünaslıq üzrə kvalifikasiya alanların təqribən 65%-i DİM-in imtahanının 50% və daha yuxarı nəticəsini əldə edə bilmir:

"Bu, ciddi narahatlıq doğurur. Məsələn, "İbtidai sinif müəllimliyi" üzrə peşə tanınması üçün müraciət edən 11 nəfərdən yalnız biri 50% və ya daha yüksək nəticə göstərib. Bu nəticələr xaricdə nüfuzlu olmayan ali təhsil müəssisələrindən əldə olunan kvalifikasiyalarla bağlı həyəcan təbili çalır. Bu baxımdan, insanlarımız daha mötəbər ali təhsil müəssisələrinə qəbul olmaq üçün səy göstərməlidirlər. Əks təqdirdə, ali təhsili kənara qoyub hər hansı peşəyə sahib olmaq üçün çalışmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.