Ölkə

Valideynlərin Nəzərinə! - Sosial şəbəkələrdə kazino və loto oynayanlara uşaqlar da qoşulub - VİDEO

19 Dekabr 2024 08:47
Baxış: 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər sosial şəbəkəlrədə qanunsuz kazino və loto qrupları aktivləşib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, xüsusilə telegram  platformasında yaradılan bu qruplarda iştirakçılara onlayn kazino, loto oyunları, guya sərfəli mərc imkanları təklif edilir. Bununla da bir çox hallarda həmin şəxslər böyük məbləğdə pul itirir.

Sosioloq Elçin Bayramlı deyir ki, bir çox ölkələrdə bu kimi oyunlara giriş məhdudlaşdırılır. Ancaq bizdə vəziyyət ürəkaçan deyil.

Sosioloq onuda əlavə etdi ki, son dövrlərdə bu oyunların qurbanları içərisində uşaqları da görmək mümkündür.

Məsələ ilə bağlı Daxili işlər nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ nəzarət götürülüb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.