Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 10-da Bakının Mərdəkan qəsəbəsində yerləşən 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət edib.
Milli.Az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial xidmət müəssisəsinin fəaliyyəti barədə Leyla Əliyevaya məlumat verib. Müəssisədə 150-dək uşağın dövlət himayəsində yaşamaqla, reabilitasiya xidmətləri ilə təmin edildiyi qeyd olunub.
Leyla Əliyeva müəssisədə uşaqların bacarıqlarının artırılması üçün yaradılmış emalatxana, əmək terapiyası, məşğələ, aktiv terapiya, musiqi, idman otaqları ilə tanış olub. Uşaqlar geyim dəfiləsi nümayiş etdirib, rəqslər ifa edib, qonaqlarla birgə kətan üzərində rəsm çəkiblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti paytaxtın Ramana qəsəbəsindəki Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində də olub. Burada Leyla Əliyevaya peşə reabilitasiyasının təşkili işləri barədə məlumat verilib.
Bu il müəssisədə əlilliyi olan 15-29 yaşlı 500 şəxsə xidmət göstərildiyi, hazırda 143 benefisiarın peşə təlimində olduğu qeyd edilib. Mərkəzə qəbul edilənlərin dövlət hesabına yataqxana, yemək və reabilitasiya xidmətləri ilə də təmin olunduğu bildirilib.
Leyla Əliyeva Mərkəzdə peşə təlimi prosesi ilə tanış olub, əlilliyi olan gənclərin stolüstü oyunlarını izləyib, boccia üzrə milli komandanın üzvləri ilə görüşüb.
Benefisiarlar Azərbaycanın Dövlət Himnini jest dilində ifa ediblər. Sonra onların əl işlərindən ibarət geyimlərin moda nümayişi olub.
Təlim kursunda olan gənclər "İnnabı" rəqsini ifa ediblər və Leyla Əliyeva onlarla birgə rəqs edib. Əlilliyi olan şəxslər, həmçinin mahnılar, Leyla Əliyevanın şeirlərini səsləndiriblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti tərəfindən hər iki sosial xidmət müəssisəsinə hədiyyələr təqdim edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır
-
“Serhat” “Daha17”dən ayrılır?
-
Xətai rayonunda məişət tullantıları sahəsindəki yanğın söndürülüb - Yenilənib
-
Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" (Video)
-
“Kadir İnanır özü istəmişdi ki, mən onun həyat yoldaşı olum” - Məlahət Abbasovadan etiraf
-
92 oktanlı benzini 95-ə çevirən həblər - Cəmi 1 manat 70 qəpiyə satılır
XƏBƏR LENTİ
-
Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır
-
“Serhat” “Daha17”dən ayrılır?
-
Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər
-
Xətai rayonunda məişət tullantıları sahəsindəki yanğın söndürülüb - Yenilənib
-
Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" (Video)
-
“Kadir İnanır özü istəmişdi ki, mən onun həyat yoldaşı olum” - Məlahət Abbasovadan etiraf
-
92 oktanlı benzini 95-ə çevirən həblər - Cəmi 1 manat 70 qəpiyə satılır
-
Xalqın döyərək öldürdüyü şair - Seyid Əzim Şirvani (Foto/Video)
-
Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş
-
Birinci vitse-prezident Mehriban Əliyeva: Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir (TAM ÇIXIŞ)
-
Birinci vitse-prezident Mehriban Əliyeva: Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçirilib (Foto)
-
Hakan Aysev 7-ci dəfə evləndi
-
“Qəbələ”dən mövsümün ilk transferi
-
"Kızılcık şerbeti"nin aktyoru Mustafa Başalan vəfat etdi (Foto)
-
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
-
ABŞ-də 5,5 ballıq zəlzələ oldu
-
Penitensiar xidmətə qulluğa qəbul qaydalarında dəyişiklik edilib - Qərar
-
Azərbaycanda Ani Ödənişlər Sistemi vasitəsi ilə həyata keçirilən AzQR ödənişlərin həcmi bu ay 40 milyona yaxınlaşıb
-
Alla Puqaçova iki ürək əməliyyatı keçirdi
-
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi
-
Ölkədə bir neçə gün yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
-
ADY yay qrafikinə keçir





