Ölkə

Mənzil almaq istəyənlərin nəzərinə

3 Dekabr 2024 12:31
Baxış: 1 132
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin III rübündə mənzil bazarında qiymət indeksi II rübə nəzərən 3.8% artıb.

Bu barədə Milli.Az Mərkəzi Bankın "Pul siyasəti icmalı"na istinadən xəbər verir.

Bildirilib ki, mənzil bazarında qiymət indeksi II rübə nəzərən ilkin mənzil bazarında 4.3%, təkrar mənzil bazarında isə 3.7% artıb.

"Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi mənzil bazarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət indeksi 9.2%, o cümlədən ilkin mənzil bazarında 10.3%, təkrar mənzil bazarında isə 9.1% artıb", - deyə məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.