Bu ilin noyabrın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14 milyard 265 milyon 991 min manat təşkil edib.
Milli.Az Mərkəzi Banka istinadən xəbər verir ki, regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 12 milyard 645 milyon 875 min manatı Bakı iqtisadi rayonuna məxsusdur.
Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 451 milyon 871 min manat pulu var.
Gəncə-Daşkəsən iqtisadi rayonunda yaşayan əhalinin banklarda 224 milyon 93 min, Quba-Xaçmaz iqtisadi rayonunda yaşayanlar isə 138 milyon 604 min manat bank əmanətinə sahibdir.
Digər regionlar üzrə göstəricini təqdim edirik:
Regionlar üzrə cəlb olunmuş əmanətlər |
||
Regionların adı |
Cəmi (min manat) |
Orta % dərəcəsi |
Bakı iqtisadi rayonu |
12,645,875 |
4.15% |
Abşeron-Xızı iqtisadi rayonu |
451,871 |
6.27% |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
224,093 |
5.99% |
Quba-Xaçmaz iqtisadi rayonu |
138,604 |
5.24% |
Lənkəran-Astara iqtisadi rayonu |
127,209 |
5.10% |
Şəki-Zaqatala iqtisadi rayonu |
125,003 |
4.29% |
Mərkəzi Aran iqtisadi rayonu |
118,121 |
5.16% |
Qazax-Tovuz iqtisadi rayonu |
113,145 |
5.56% |
Qarabağ iqtisadi rayonu |
92,175 |
4.29% |
Şirvan-Salyan iqtisadi rayonu |
67,968 |
4.16% |
Naxçıvan iqtisadi rayonu |
67,631 |
3.65% |
Mil-Muğan iqtisadi rayonu |
50,691 |
3.18% |
Dağlıq Şirvan iqtisadi rayonu |
43,605 |
4.79% |
Şərqi Zəngəzur iqtisadi rayonu |
- |
- |
Azərbaycan Respublikası |
14,265,991 |
4.28% |
Milli.Az