"Sükutun olması yaxşı deyil, daha güclü zəlzələ ola bilər"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar Azərbaycanın müxtəlif ərazilərində zəlzələ baş verir. Azərbaycanın seysmoaktiv zona olduğu məlumdur. Bununla belə son günlərdə ardıcıl yeraltı təkanların qeydə alınması xeyli narahatlıq doğurur.
Bəs, bu aktivlik nəylə bağlıdır? Suala AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli cavab verib.
Milli.Az bildirir ki, o, Bizim.Media-ya açıqlamasında bildirib ki, zəlzələrin sayı artmayıb:
"Sadəcə bəzi ərazilərdə aktivlik müşahidə olunur. Ümumilkdə isə gün ərzində ölkə ərazisində 30-40 yeraltı təkanlar olur. Amma bu təkanların əksəriyyəti hiss edilmir. Lakin hiss olunan təkanlar da az olmur. Məsələn, son vaxtlar Mingəçevirdə, Şamaxıda və Laçında olan yeraltı təkanlar hiss olunmuşdu. Amma Xəzər dənizində son bir ayda 6 təkan olub. Lakin bu təkanlar əsasən hiss olunmayıb.
Təkanların çox olması yaxşıdır ki, enerji boşalması gedir. Azərbaycan kimi seysmoaktiv bölgə üçün sükutun olması yaxşı deyil. Çünki təkan az olanda enerji toplanır və nə vaxtsa bu enerjinin parçalanması baş verəndə daha güclü zəlzələyə səbəb olur. Ona görə də təşvişə əsas yoxdur".
Baş direktor qeyd edib ki, yaxın günlərdə elə bir güclü, katostrafik zəlzələnin olma ehtimalı yoxdur:
"Amma xırda təkanlar olub, olur, olacaq. Dağıdıcı zəlzələ ola bilər, olmalıdır da. Əgər 30-40 təkan varsa onun içərisində hiss ediləni də olmalıdır. Yenə deyirəm, bununla belə dağıdıcı təkanların olması gözlənilmir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
XƏBƏR LENTİ
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)





