Ölkə

Xəzərdə suyun səviyyəsinin azalması ölkə ərazisini böyüdəcək? - VİDEO

21 Noyabr 2024 06:17
Baxış: 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər dənizində suyun çəkilməsi nəticəsində Azərbaycanın sahilboyu əraziləri genişlənir və ölkənin quru sahəsi artır.

Milli.Az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə müsahibəsində ekoloq Ənvər Əliyev deyib. Onun sözlərinə görə, suyun çəkilməsi ilə dənizdən quruya çıxan yeni ərazilər sahil xəttini dəyişir.

Ekspert deyir ki, yeni yaranan torpaqların keyfiyyəti və istifadəyə yararlılığı tam araşdırılmalıdır.

Ənvər Əliyev onu da bildirdi ki, ərazinin genişlənməsi müsbət məqam kimi görünsə də, suyun azalması ekosistemin balansını pozur. Bu Xəzərdə bioloji müxtəlifliyin azalmasına, su hövzələrinin kiçilməsinə, balıqçılıq sənayesinə ciddi zərərlər vura bilər.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.