Bu avtomobillər üçün sürücülük vəsiqəsi tələb olunmur - Məsuliyyəti şirkət daşıyır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sürücüsüz avtomobillər (avtonom avtomobillər) müasir texnologiyanın ən maraqlı sahələrindən biridir və gələcəyin nəqliyyatını formalaşdırmaq potensialına malikdir. Bu avtomobillər insan müdaxiləsi olmadan hərəkət etmək üçün inkişaf etmiş sensorlar, süni zəka (AI), GPS və kompüter alqoritmlərindən istifadə edirlər. Dünyanın bir çox yerində bu avtomobillərdən istifadə olunur.
Maraqlıdır, bəs həmin maşınlar Azərbaycana gəlsə, sahiblərindən sürücülük vəsiqəsi tələb olunacaqmı? Dünya təcrübəsində məsələyə yanaşma necədir?
Milli.Az xəbər verir ki, yol hərəkəti təhlükəsizliyi mütəxəssisi Arzu Kürsüm Babazadə "Yeni Sabah"a mövzu ilə bağlı danışaraq, suallara aydınlıq gətirib:
"Sürücülük vəsiqəsi istənilən halda, lazımdır. Bu, sürücünün savadını təsdiq edən sənəddir. Avtomobilin imkanlarını təsdiqləyən sənəd deyil. Avtonom avtomobil sükan arxasında sürücü olsa da, onun müdaxiləsi olmadan hərəkətə keçən avtomobillərdir.
Bir də ümumiyyətlə, sürücüsüz olan avtomobillər var. Onun üçün insana ehtiyac yoxdur. Avtonom avtomobillərin isə bir problemi var. Onların gözləri alın şüşəsinin sağ və sol küncünə quraşdırılan kameralardır. Bəzən günəş şüaları o kameralara təsir edir. Bunun nəticəsində avtomobil idarəni itirir. Bir də elektrikli avtomobillər də belə bir təhlükə var ki, onun qazı ilişəndə daha faciəvi qəzalar olur".
Ekspert belə avtomobillərin qəza törətmə ehtimalından və hadisənin məsuliyyəti kimin daşıyacağından da söz açıb:
"Hər kəsi bir sual maraqlandırır ki, sürücüsüz avtomobillər hadisə törədərsə, bu zaman kim məsuliyyət daşımalıdır? Belə olanda məsuliyyət həmin avtomobili icad edərək yollara göndərən mühəndisin və şirkətin üzərində qalacaq. Bu, istisnasız belə olacaq. Çünki onu insan idarə etmir. Ona görə də yol nişanları görüb tanımalı və buna uyğun hesablamalar etməlidir. Əgər mühəndis onu icad edəndən sonra yola buraxırsa, bütün bunları nəzərə almalıdır. Qəza şəraitində də onun heç bir təhlükəsinin olmadığını iddia edən mühəndis və şirkət cavabdeh olmalıdır. Başqa cür ola bilməz".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
XƏBƏR LENTİ
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)





