Belçika Baş naziri Bakı limanında olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Belçika Krallığının Baş naziri Aleksandr De Kronun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 11-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin də iştirak etdiyi görüşdə karbon emissiyasının sıfıra endirilməsi, dənizçilik sektorunda iqlimə zərər vuran təsirlərin minimallaşdırılması və limanın dayanıqlı inkişaf həlləri barədə müzakirələr aparılıb.
Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun, həmçinin dəniz xidmətləri və dibdərinləşdirmə sahəsində təcrübəli şirkət olan "Jan De Nul"un rəhbər şəxslərinin də iştirak etdiyi görüşdə Belçika limanları ilə Bakı Limanı arasında növbəti əməkdaşlıq və təcrübə mübadilə imkanlarının artırılması kimi qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Sonda isə qonaqlar liman terminalları və buradakı texnoloji yeniliklərə uyğun iş prosesi ilə tanış olublar.
Qeyd edək ki, hazırda Bakı Limanının Belçikanın Antverp Limanı ilə əməkdaşlığı mövcuddur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
XƏBƏR LENTİ
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Tbilisidə piyada körpüsündə güclü yanğın söndürüldü - (Yenilənib)
-
Angela Merkel yenidən hakimiyyətə qayıdır?
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Batrakovun transfer qiyməti açıqlandı
-
Azərbaycanda axtarılan şəxs Monteneqroda tutuldu - Ekstradisiya olunacaq
-
Azərbaycan mətbuatından oğurlanan pullar
-
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu - (Foto)
-
80 aptek yoxlanıldı, 24-də qanun pozuntusu aşkarlandı
-
Röyanın evindəki bu otaq diqqət çəkdi - (Video)
-
“Qırmızı körpü”də yük maşınlarından 40 ton dizel və gizli yüklər tapıldı
-
Bakıda maşın "Arzum" mağazasına girdi
-
Bu şəxslər üçün gedişhaqqı cəmi 1 qəpik olacaq - Bu tarixlərdə
-
Meşə torpaqlarını icarəyə vermək adı ilə rüşvət alıblar - Direktor həbs edildi
-
“Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib!
-
ABŞ Rusiya qazının Avropaya ixracını bərpa edəcək
-
“Barselona” Balde ilə bağlı qərarını verdi
-
Belçikanın Baş naziri istefa verdi - Səbəb
-
Bir ildə 30 nəfər ayıların qurbanı oldu - Ən təhlükəli bölgələr açıqlandı
-
Bahar Lətifqızı: "Övladlarım dedilər ki, biz sənsiz qala bilmirik"





