Ölkə

Toyda gənclərə xeyir-dua verən şəxs vəfat etdi - FOTO

11 Noyabr 2024 12:08
Baxış: 2 122
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən Lənkəran rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, toyda iştirak edən rayon sakini Mircəlal Dadaşovun halı qəflətən pisləşib.

Belə ki, M.Dadaşova məclisdə söz verilib. O, çıxış edərək ailə quran gənclərə xeyir-dua verib və rəqs edib. Az sonra masaya əyləşən qonaq qəfil yıxılıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun vəfat etməsini müəyyən edib.

Mircəlal Dadaşovun ürəktutmadan dünyasını dəyişməsi bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.