ABŞ Azərbaycana sanksiyanı niyə tətbiq edib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1992-ci ildə Azərbaycana qarşı sanksiya tətbiq olunmuşdu. Bizim ictimaiyyət bilmir, həmin vaxt Ermənistan da sanksiya altında idi. O sanksiyalar 1974-cü ildə qəbul olunan Cekson-Venik qanununa əsaslanırdı.
Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Prezident İlham Əliyevin Cəbrayıl sakinləri ilə görüşü zamanı ABŞ-ın Aərbaycana sanksiyaları barəsində çıxışını şərh edərkən deyib.
"1974-cü ildə Cekson və Venik adlı 2 konqresmenin təşəbbüsü ilə Sovet İttifaqı və Çinə qarşı qanun qəbul edildi. Bu, yəhudilərin azad mühacirət hüquqlarını məhdudlaşdıran dövlətlərə qarşı ticarət sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan ABŞ Ticarət Aktına edilən düzəliş idi. Sovet İttifaqı dağılandan sonra MDB ölkələrinə Cekson-Venik qanunu şamil olundu. Bu siyahıya Ukrayna və Gürcüstan da daxil idi. Ermənistana tətbiq edilən sanksiyalar 2004-cü ildə aradan götürüldü. Diqqət edin, 2004-cü ildə işğalın qüvvədə olmasına baxmayaraq, sanksiyalar ləğv edildi. Baxmayaraq ki, bu sanksiyaları tətbiq edərkən ABŞ administrasiyası Ermənistanın qonşu dövlətin ərazisini işğal etdiyini xüsusi qeyd edirdi. Hətta Dövlət Departamentinin illik məruzələrinin bir neçəsində Ermənistanın Azərbaycan ərazisini işğal etdiyi göstərilirdi. 2003-cü ildə Gürcüstana, 2005-ci ildə isə Ukraynaya tətbiq edilən sanksiyalar aradan götürüldü. Bir də bizə baxın: 1992-ci ildən sonra nə qədər hadisələr baş verdi, Azərbaycanın daxilində BMT-nin Qaçqınlar üzrə xüsusi yüksək komitəsi didərgin salınmış, məcburi köçkün olan insanların sayının 758 min nəfər olduğunu təsdiqləyib. Ancaq buna baxmayaraq, hər il dayandırılsa da, bizə qarşı sanksiyalar qüvvədə olub. Azərbaycan haqlı olaraq tələb edir ki, maneələr aradan götürülsün. Hesab edirəm ki, dövlət başçısının çıxışında məhz bu mövzu vurğulanıb. Əgər kimsə bizə dostluq çağırışı edirsə, ilk növbədə balanslaşmış, ədalətli yanaşma nümayiş etdirməlidir", - politoloq vurğulayıb.
Qeyd edək ki, 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta 907-ci düzəliş əlavə edilib və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımı qadağan edilib. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirmişdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
XƏBƏR LENTİ
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq





