"Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində 29 avqust saat 23:59-dan etibarən İstiqlaliyyət küçəsinin Məmməd Əfəndiyev, Murtuza Muxtarov, Adil Babayev və Zərgərpalan küçələri ilə kəsişmələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, məhdudiyyətlər yarışların sona çatmasına qədər qüvvədə olacaq.
Qeyd edək ki, "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2024 sentyabrın 13-dən 15-dək keçiriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun