"Formula 1" yarışlarına görə bu yollar da bağlanacaq

29 Avqust 2024 19:12

"Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində 29 avqust saat 23:59-dan etibarən İstiqlaliyyət küçəsinin Məmməd Əfəndiyev, Murtuza Muxtarov, Adil Babayev və Zərgərpalan küçələri ilə kəsişmələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, məhdudiyyətlər yarışların sona çatmasına qədər qüvvədə olacaq.

Qeyd edək ki, "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2024 sentyabrın 13-dən 15-dək keçiriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun