Azərbaycanda fəaliyyət göstərdiklərini "unudan" RESTORANLAR: Müştərilərlə niyə rusca danışırlar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sovet dövründə rus dilini bilmək əsas tələblərdən biri idi. Təhsilini davam etdirmək, hər hansı bir işdə uğur qazanmaq istəyən hər kəs rus dilini bilməli idi. O dövrdə cəmiyyət arasında da rus dilində danışmaq prestij hesab olunurdu. Hətta rusca danışa bilməyənlərə qarşı da birmənalı yanaşılmırdı.
Lakin günümüzdə isə belə bir məcburiyyət, stereotip yoxdur. Amma Bakının mərkəzində yerləşən bəzi restoranlarda hələ də rus dili ab-havası davam edir. Belə ki, müştərilər obyektə daxil olduğu anda onları rusca qarşılayır, dialoqu da məhz bu dildə qururlar. Hətta bəzi restoranlar Azərbaycan dilində menyu tərtib etmək zəhmətinə belə girmir.
Bəs görəsən, xidmət sektorunda çalışan əməkdaşların ana dilimizdən istifadə etməməsinə səbəb nədir?
Milli.Az xəbər verir ki, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Bizim.media-ya açıqlamasında bildirib ki, xidmət sektorunda çalışan işçilər Azərbaycan dilində danışmamalarını ölkəmizə gələn turistlərlə əlaqələndirirlər:
"Xidmət sektorunda çalışanlar özlərinə müəyyən dərəcədə haqq qazandırırlar ki, turist və xarici qonaqlar çoxdur, ona görə bu addımı atırlar. Lakin bu, restorana gələn bütün qonaqları rus dilində salamlamağa bəraət qazandırmır. Bu, istər-istəməz ictimai, psixoloji baxımdan pis nümunə sayılır. Halbuki bununla bağlı dövlət qərarları, dövlət proqramı, Prezidentin sərəncamı var.
"Ana dili haqqında" qanun da var.
Biz bu qanunlara əməl etməliyik. Öz ana dilimizə hörmət etməyi öyrənməliyik. Bir sıra yerlərdə, hətta ölkələrinə gələn turistlərdən belə öz dillərində danışmağı istəyirlər ki, bu da onların öz dilinə olan sayğısından irəli gəlir. Ancaq Azərbaycanda bir sıra insanlar nəinki öz dilinə hörmət qoymur, hətta bir-biriləri ilə belə başqa dillərdə danışırlar.
Hər bir vətəndaş öz ana dilini qorumalı, onun keşiyində dayanmalı, hörmət etməli, onun daşıyıcısı olduğu üçün qürur duymalıdır. Əgər ana dilində ən ali hisslərini ifadə etmirsənsə və bunu özünə əskiklik bilirsənsə, deməli, sənin bu dillə heç bir əlaqən yoxdur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib





