Azərbaycanın bugünkü beynəlxalq əlaqələri ciddi geosiyasi perspektivlər vəd edir - Azər Qarayev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 20-də Şuşada "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Forumda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək, regionda baş verən tarixi-geosiyasi dəyişikliklərdən və dezinformasiyaya qarşı mübarizənin əhəmiyyətindən danışdı.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib ki, Cənubi Qafqaz regionundakı tarixi transformasiya nəticəsində tarixi-geosiyasi dəyişikliklər baş verir.
"Prezident İlham Əliyevin də vurğuladığı kimi, ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Ötən ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası bu tarixi dəyişikliklərin ən mühüm hadisəsi oldu. Sülh və ərazilərin azad edilməsi naminə bütün addımlar atılmalı idi. Bu qərarlılıq və fədakarlıq Azərbaycan dövlətinin gücünü və iradəsini nümayiş etdirir.
Prezident İlham Əliyev dezinformasiyaya qarşı mübarizənin əhəmiyyətini də vurğuladı. Azərbaycanın uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olduğunu qeyd edərək, erməni diasporunun səfərbər olması və ermənipərəst siyasətçilərin Azərbaycana qarşı hücumlarını xatırlatdı. Azərbaycan reallığının qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlarla təqdim edildiyini vurğulayan Prezident, bu cür dezinformasiyaların Qərbdən qaynaqlandığını və buna qarşı biganə qalmamağın vacib olduğunu xatırlatdı".
A.Qarayev bildirib ki, Azərbaycanın bugünkü beynəlxalq əlaqələri ciddi geosiyasi perspektivlər vəd edir.
"Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə Azərbaycan reallığı daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Region ölkələri ilə sıx əlaqələr isə Azərbaycan üçün iqtisadi iqtisadi inkişafın əldə olunmasında böyük əhəmiyyət daşıyır.
Azərbaycan regionumuzda və postsovet məkanında yeganə ölkədir ki, 10 Avropa İttifaqı ölkəsi ilə strateji əməkdaşlıq edir. ABŞ və Avropa ilə münasibətlər sabitdir və bu əlaqələrin ölkəmizin güclənməsi, iqtisadi və siyasi müstəqilliyimizin artması üçün vacib əhəmiyyət daşıyır".
Onun sözlərinə görə, ümumilikdə Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın beynəlxalq münasibətlərdə və dezinformasiyaya qarşı mübarizədə fəal rol oynadığını göstərir. Şuşa Qlobal Media Forumu, bu sahədə atılan addımların əhəmiyyətini vurğulamaq və Azərbaycanın beynəlxalq ictimaiyyətlə əməkdaşlığını gücləndirmək üçün vacib bir platforma olaraq xidmət edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
XƏBƏR LENTİ
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)





