Ölkə

"Halal hotel"lər Azərbaycanda turizmə necə təsir edəcək?

8 İyul 2024 15:26
Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gündür ki, Azərbaycanda halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra turizm obyektlərinə "halal hotel" sertifikatı veriləcəyi ilə bağlı müzakirələr gedir.

Milli.Az bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında deputat Ceyhun Məmmədov bildirib ki, bu, dünyanın bir neçə ölkəsində tətbiq olunan sistemdir.

O qeyd edib ki, ölkələr çoxlu turist cəlb etmək üçün belə layihələr həyata keçirirlər.

"Bu sistemin ölkəmizdə də tətbiqi önəmli məsələdir. Halal turizm dedikdə İslam prinsiplərinə və qaydalarına uyğun olan və müsəlman ziyarətçilərə xidmət edən hotellər nəzərdə tutulur. Halal hotellər İslamın qida qaydalarına uyğun olaraq halal sertifikatlı qida və içkilər təklif edirlər. Qadınlarla kişilərin qarışıq formada hoteldə yaşaması qəbul edilmir.

Azərbaycanda da bu sistemin tətbiqi daha çox turistin ölkəmizə gəlməsinə səbəb olacaq. Bu gün bəzi müsəlman ölkələrinin vətəndaşlarının ölkəmizə gəlməməsinin səbəblərindən biri bu standartların olmamasıdır. Belə hotellərin də qiyməti digərlərindən fərqlənməyəcək".

Turizm məsələləri üzrə eksperet Rəhman Quliyev Trend-ə açıqlamasında bildirib ki, ölkəmizdə inşası nəzərdə tutulan dini hotellər halal konsepti ilə çalışacaq.

"Belə hotellərin inşası paytaxt və regionlarda da nəzərədə tutulub. İstənilən hotel də bu konseptə keçə bilər. Bu Azərbaycanda yeni müştəri portfeli yaradacaq. Ərəb ölkələrindən vətənimizə gələn turistlərin çox olması "halal hotel"lər üçün əlavə müştəri bazası yaradacaq. Belə hotellər fəaliyyət göstərsə, Azərbaycana gələn turistlərin sayında artım olacaq", - deyə ekspert qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.