Ölkə

52 yaşlı kişi itkin düşdü

27 İyun 2024 11:43
Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkir rayon sakini, 1972-ci il təvəllüdlü Pənahov Xaliq Vaqif oğlu iyunun 20-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, itkin düşən şəxsin əlamətləri belədir: boyu 170 sm, ağ saçlı, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində zolaqlı köynək, qara şalvar və qara rəngli ayaqqabı olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin Şəmkir Rayon Polis Şöbəsinin (022)305-28-02 şəhər və 050-341-05-58 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Xaliq Pənahovun psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.