Dünya

İrəvanda daha bir kriminal avtoritet güllələndi

29 İyun 2024 22:10
Baxış: 787
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrəvanda kriminal zəmində növbəti "qanlı qarşıdurma" baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Şamşyan.com məlumat yayıb.

Bildirilib ki, Malatiya-Sebastiya inzibati rayonunda silahlı atışma qeydə alınıb

Belə ki, kriminal aləmdə "Rabis Davo" kimi tanınan 43 yaşlı David Şahbazyan naməlum şəxs, yaxud şəxslər tərəfindən güllələnib. O, daha sonra xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, 11 iyunda İrəvanda "Faz" ləqəbli kriminal avtoritet Sergey Qriqoryan öldürülmüşdü.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.