Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi münasibətdə olduğu Elnaz Sadıqova ilə mübahisə edərkən üzərindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə dörd dəfə zərbə vurub. Ağır yaralanan qadın iki gündən sonra müalicə aldığı Sabunçu Tibb Mərkəzində həyatını itirib.
Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, Sultan Feyzullayev ifadəsində göstərib ki, son 7-8 ildə taksi fəaliyyəti ilə məşğul olub. 2020-ci ildə müştəri kimi taksiyə əyləşmiş Elnaz Sadıqova ilə tanış olub. Həmin vaxtdan da onunla görüşməyə başlayıb. Ərindən boşanan Elnaz bir müddətdən sonra fikrinin ciddi olmasını və onunla ailə qurmaq istədiyini deyəndə ona ailəli olduğunu bildirib.
Sultan Feyzullayev Elnazın anası Elmira Sadıqovanın razılığı ilə onunla molla kəbini kəsdirib. Qadının bütün maddi ehtiyaclarını, o cümlədən evin kirayə və digər xərclərini də ödəyib. O, həm Elnazla, həm də rəsmi nikahda olduğu arvadı Pərvinlə yaşayıb. Təxminən iki ildən sonra Elnazın anası qızı ilə münasibətlərini rəsmiləşdirməsini istəyib. Elnaz onun mobil telefonundan arvadı Pərvinə zəng vurub, aralarında olan münasibət barədə danışıb. Bundan sonra Sultanın rəsmi həyat yoldaşı Pərvin uşağı götürərək evdən gedib. Daha sonra arvadına Elnazla münasibətlərini kəsəcəyinə söz verdiyi üçün Pərvin ərinə inanaraq evə qayıdıb.
Sentyabrın 7-də Elnaz zəng vuraraq rayona getmək istədiyini və artıq onunla bir yerdə yaşamaq istəmədiyini söyləyəndə Sultan buna etiraz edib. Növbəti gün Sultan Elnazın yaşadığı evə gedib söhbət edəndə Elnaz onun rəsmi həyat yoldaşı Pərvinin ünvanına nalayiq ifadələr işlədib. Sultan Feyzullayev bu sözlərdən sonra üzərində olan bıçağı çıxarıb qadına zərbələr endirib.
Cinayət işinin gedişində məhkəmə hesab edib ki, Sultan Feyzullayevə Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Sultan Feyzullayev 9 il müddətinə azadlıqdan məhrum olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
XƏBƏR LENTİ
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq





