Ölkə

Azərbaycanda yeni telekanal açıldı - FOTO

1 May 2024 11:34
Baxış: 2 248
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 200 ildə mərhələlərlə öz el-obasından deportasiya edilən soydaşlarımız, Qərbi Azərbaycanda məhv edilən irsimiz barədə həqiqətlərin çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmaqla, bütün işini bu istiqamətə kökləyib. Televiziyanın yeni istifadəyə verilən binası bu fəaliyyəti həyata keçirmək üçün bütün imkanlarla təchiz olunub.

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu televiziyanın fəaliyyətinə uğurlar diləyərək kanalın Qərbi Azərbaycanın zəngin irsinin, tarixinin, mədəniyyətinin təbliği baxımından da mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Açılışın rəmzi xarakteri olan qırmızı lent kəsildikdən sonra qonaqlar və media nümayəndələri bina ilə tanış olublar.

Qərbi Azərbaycan Televiziyasının sosial media hesabları aşağıdakılardır:

1. Yutub: https://www.youtube.com/@QerbiAzerbaycanTV/videos

2. Feysbuk: https://www.facebook.com/people/Q%C9%99rbi-Az%C9%99rbaycan-TV/100095259673458/

3. İnstaqram: https://www.instagram.com/qerbi.aze.tv/

4. Tik-tok: https://www.tiktok.com/@qerbi.aze.tv

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.