Növbəti köç karvanı Füzuliyə çatdı - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14:20
Aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, mərasimdə Komitənin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 150 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 744 ailə, 2839 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, bu gün respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 150 nəfər köçürülüb.
--------
07:32
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 150 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 744 ailənin, yəni 2839 nəfərin daimi məskunlaşması təmin edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
FHN hava ilə bağlı əhaliyə müraciət etdi
-
Xocavənddə açıq ərazidə yanğın başladı
-
Gənc qadınla görüntülənən 75 yaşlı Məhəmməd Cangörən müxbirə əsəbiləşdi
-
Övladı Xoşqədəmi sevindirdi (Foto)
-
"Qızlarınıza cehiz verməyin" - Gövhər Rzayeva
-
"Qırmızı onkoloji xəstəliyi məhv edir, ona görə 100 yaşımda qırmızı geyinəcəm”
XƏBƏR LENTİ
-
Venesuelada zəlzələ qurbanlarının sayı 5 mini keçdi
-
ABŞ İranın hərbi obyektlərini vurdu
-
FHN hava ilə bağlı əhaliyə müraciət etdi
-
Xocavənddə açıq ərazidə yanğın başladı
-
Çexiyada məktəblərdə mobil telefonlar qadağan olunur
-
Şimali Afrika klassikası: Mərakeş üsulu limonlu və zeytunlu toyuq "Tajin"i
-
Gənc qadınla görüntülənən 75 yaşlı Məhəmməd Cangörən müxbirə əsəbiləşdi
-
Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur
-
Ən faydalı üzüm növü
-
Tünd şokolad ürəyə necə təsir edir?
-
Gecələr niyə tərləyirik? - 5 əsas səbəb
-
Dünyanın ən təmiz çimərlikləri olan ölkələr açıqlandı
-
Uzaq Şərq küçələrinin ulduzu: Tayland üsulu "Pad Kra Pao" resepti
-
Övladı Xoşqədəmi sevindirdi (Foto)
-
Səyyahlar kütləvi şəkildə çemodanlarına tualet kağızı qoymağa başlayıblar
-
İsti havada rahat yatmağın 8 elmi yolu
-
"Nəsr-2" əməliyyatı: İranın ABŞ-yə raket zərbələri (Video)
-
"Qızlarınıza cehiz verməyin" - Gövhər Rzayeva
-
Günün qoroskopu: Bugünkü qərarlarınız həyatınızın gedişatına təsir edə bilər
-
"Qırmızı onkoloji xəstəliyi məhv edir, ona görə 100 yaşımda qırmızı geyinəcəm”
-
Duran komandasını məğlubiyyətdən xilas etdi
-
Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb
-
"Çalıkuşu"nun Feridesi Aydan Şener gözəlliyi ilə gənc qızlara meydan oxuyur (Foto)
-
Ağdaşda 46 yaşlı qadın qızdırmadan öldü





