ABŞ və Aİ-nin əsl niyyəti Ermənistanı silahlandırmaqdır - QAİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ-nin Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen arasında 5 aprel 2024-cü il tarixində Brüsseldə keçirilmiş görüşdə Avropa İttifaqı və ABŞ tərəfindən Ermənistana yardım göstərilməsi barədə qərarlar verilmişdi. Mətbuata verilmiş məlumatda ancaq maliyyə yardımı ediləcəyi bildirilsə də, əsl planların Ermənistanın silahlandırılmasından ibarət olması heç kimdə şübhə doğurmur.
Milli.Az-ın məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
Bu gün Natali Luazo başda olmaqla Avropa Parlamentinin bir qrup Azərbaycanafob deputatı ABŞ-nin Dövlət katibi Antoni Blinkenə və Avropa Komissiyasının Prezidenti Ursula fon der Layenə müraciət edərək, onları sözügedən görüşün davamı olaraq Ermənistanın "təhlükəsizliyinə" yardım etməyə çağırmışlar. Bütün bunlar Ermənistana açıq hərbi dəstək göstərmək üçün ictimai fon yaratmağa xidmət edir. Bu bir daha sübut edir ki, 5 aprel görüşü məhz Ermənistanın hərbiləşdirilməsi məqsədi daşıyıb.
Saxtakar AP üzvlərinin bir milyon azərbaycanlını etnik təmizləməyə məruz qoymuş, Azərbaycan ərazilərinin 20 faizini 30 il işğal altında saxlayaraq viran qoymuş, 300 min Qərbi azərbaycanlının öz evlərinə qayıtmasına hələ də imkan verməyən Ermənistanı "demokratiya əzabkeşi" kimi qələmə verməyə çalışmaları isə ikrah hissi doğurur.
Qərbi Azərbaycan İcması Avropa Parlamenti üzvlərinin qərəzli müraciətini rədd edir, bir daha Aİ-ni və ABŞ-ni regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa və Ermənistana hərbi dəstək göstərməməyə çağırır. Aİ və ABŞ militarist siyasət yürüdən Ermənistanı deyil, Ermənistanın törətdiyi dağıntılar və mina problemindən əziyyət çəkən Azərbaycanı dəstəkləməli və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını təşviq etməlidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
XƏBƏR LENTİ
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda





