Bakı küçələrində insanların qorxusuna çevrilən şəxslər KİMDİR? - İşə polis qarışdı - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı küçələrində qəribə adamlar peyda olub.
Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Belə ki, Həsən Seyidbəyli və Mirzağa Əliyev küçələrində sürücülər, geyimləri qəribə olan bu şəxslərlə qarşılaşıblar. Digər tərəfdən, onlar həm də sürücülərin hərəkətinə maneə yaradıblar.
Həmçinin, hadisənin ilk baxışdan birmənalı şəkildə qınanılmalı, qanunsuz, eyni zamanda təhlükəli hərəkətlər olduğu görünür.
Görüntülərlə bağlı saytımıza açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib ki, sözügedən videolarla əlaqəli DYP-yə hər hansı məlumat daxil olmasa da, sosial şəbəkələr vasitəsilə əldə edilən məlumatlardan xəbərdardırlar:
"Həmçinin, aidiyyatı struktur bölmələri də bu barədə məlumatlıdır. Belə şəxslərin ifşa edilməsi, onlar barəsində qanuni tədbirlərin görülməsi üçün daxili işlər orqanlarının əməkdaşlarına vaxtında məlumat vermək lazımdır. Hadisə isə sosial şəbəkələrdə trendə çevrilmək üçün hər vasitəyə əl atan, küçələrdə bu cür addımlar atmaqla, həm öz həyatı, həm də digər hərəkət iştirakçılarının həyatlarına təhlükə yaradıldığı fikri formalaşdırır".
A.Əsgərli faktla bağlı araşdırma aparılacağını da qeyd edib:
"Məqsəd və məramın nə olduğu müəyyənləşdiriləcək. Eyni zamanda bildirmək lazımdır ki, bunlar təhlükəli hərəkətlərdir, yolun hərəkət istiqamətində sürücülərə, piyadalara, ümumiyyətlə bütün hərəkət iştirakçılarına hər hansı bir təhlükə yaratmaq kimlərinsə yolların məsuliyyət zonasını olduğunu unutmaq deməkdir. Belə hərəkətlərə münasibətdə qanuni araşdırma, bu cür şəxslərin şəxsiyyətinin və psixi vəziyyətinin nəticələrinə uyğun formada tədbir görülməsini nəzərdə tutur.
Əlavə olaraq onu da qeyd edək ki, hər hansısa layihə çərçivəsində çəkiliş və digər yarıdıcı tədbirlər yollarda nəzərdə tutulubsa, onun məqsədi, məkanı mütləq qaydada təhlükəsizliyin təmin olunması üçün əvvəlcədən Daxili İşlər Nazirliyi və digər aidiyyatı qurumlarla razılaşdırılmalıdır".
Həmin görüntüləri təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
-
Məşhur tiktoker "Arzum" həbs edildi
-
Bakıxanovdakı yaşayış kompleksində yanğın: 4 avtomobilə ziyan dəyib - ( Foto)
XƏBƏR LENTİ
-
Sandro Tonalinin yeni klubu bəlli oldu
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
Xameneyinin tabutunun ilk görüntüsü - (Foto)
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
-
Məşhur tiktoker "Arzum" həbs edildi
-
Bakıxanovdakı yaşayış kompleksində yanğın: 4 avtomobilə ziyan dəyib - ( Foto)
-
Puşkinin Hemerdəki abidəsi yoxa çıxdı - Tapan mükafat alacaq - (Foto)
-
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir - (Foto)
-
Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı - Bu dərmanlar satışdan kənarlaşdırıldı
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
-
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: "Dayım mənənə dəstək olmur" - (Video)
-
Alyona Əliyeva “Zamanın naxışları” moda nümayişində iştirak edib - (Foto)
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək
-
İyulun 12-də qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə!
-
Neftimiz ucuzlaşdı
-
Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - (Foto)
-
Azərbaycanlı qız yad ölkədə vəhşicəsinə öldürüldü - Şok cinayətin təfərrüatı
-
“Sabah” Kurasao millisinin futbolçusunu transfer etdi
-
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib - (Foto)





