Ölkə

Ülkər Babayeva prorektor təyin olundu

1 Fevral 2024 16:00
Baxış: 1 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru vəzifəsinə yeni təyinat olub.

Milli.Az report-a istinadən xəbər verir ki, rektor Fuad Hacıyev prorektor vəzifəsinə təyin olunan Ülkər Babayevanı kollektivə təqdim edib.

Ülkər Babayeva bundan əvvəl Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində baş məsləhətçi, Azərbaycan Respublikası Mərkəzi Bankının İqtisadi Maarifləndirmə Xidmətinin rəhbəri və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə bundan əvvəlki prorektoru Təhminə Tağı-Zadə AMADA-nın icraçı direktoru təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.