Avropanın bəzi dairələrində Azərbaycan və Ermənistan arasında normallaşma prosessinin dinamikası narahatlıq doğurur – Sevil Mikayılova
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təəssüf ki, Avropanın bəzi dairələrində son zamanlar Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin dinamikası narahatlıq doğurur. Biz bir sıra dövlətlərin parlamentləri, eləcə də xarici siyasət idarələri tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların səsləndirilməsini görürük.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu deputat Sevil Mikayılova Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
S.Mikayılova bildirib ki, Niderland parlamentinin Xarici İşlər Komitəsinin iclasında Azərbaycan-Ermınistan arasında münasibətlərin müzakirəsi zamanı Azərbaycana qarşı yenə də əsassız ittihamlar səsləndirilib.
"Ermənistanın təəssübkeşliyi fonunda Azərbaycan tərəfi qınanılıb. Niderlandlı həmkarlarımızın diqqətinə çatdırmaq istəyirik ki, bu cür gedişlər ikitərəfli münasibətləri ciddi şəkildə zədələyir, gələcək əməkdaşlığımızı suaı altına qoyur.
Məhz bu cür məsuliyyətsiz bəyanatlara görə, Niderland xarici işlər nazirinin ölkəmizə səfərinin Azərbaycan tərəfindən təxirə salındığı məlumdur. Azərbaycan tərəfi səfər zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinin və ya Azərbaycanın daxili məsələlərinin deyil, yalnız ikitərəfli münasibətləri müzakirə etmək niyyətinin olduğunu qarşı tərəfə bildirib", - deyə S.Mikayılova əlavə edib.
S.Mikayılova əlavə edib ki, əgər niderlandlı parlamentarilər həqiqətən Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasını istəyirlərsə, o zaman qərəzli bəyanatlar verməyi dayanadırmalı, ən azı hazırda pozitiv məcrada gedən prosesə zərbə vurmamalıdırlar.
"Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, heç bir dövlətin ərazisinə iddia etmir, yeni müharibə başlatmaq kimi niyyəti də yoxdur. Elə isə Cənubi Qafqazda yeni müharibənin olacağı ilə bağlı iddialar hardan qaynaqlanır, Avropalı həmkarlarımızda bu narahatlığı kim oyadıb? Həm Azərbaycan, həm də Ermənistan sülh prosesinə alternativ görmür. Son zamanlar Ermənistan tərəfindən də müəyyən pozitiv siqnallar var. Görünür ki, hadisələrin bu cür inkişafı bu dairələri narazı salıb və onlar iftiralarla Azərbaycana hücüma keçmək xəttini tutublar. Müharibə layihəsini Cənubi Qafqaza proyeksiya etmək istəyi ilk növbədə təhlükəlidir və bu istəyin fəsadları kifayət qədər ağır olacaq. Azərbaycan və Aİ arasında münasibətlərə xələl gətirmək üçün çalışan bu qüvvələr hətta uzağa gedib Azərbaycana sanksiyalar tətbiq olunmasına çağırış edirlər. Bir daha bildiririk ki, münasibətlərimiz bərabərhüquqludur və hər hansı tərəfin digərinə diqtəsi qəbuledilməzdir. Azərbaycan beynəlxalq öhdəliklərinə sadiqdir, əldə olunmuş razılaşmalardan çıxmaq tərəflər üçün məsuliyyət yaradır", - deyə S.Mikayılova əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Xarici ölkə vətəndaşı ilə əlaqəsi olan şəxs 11 kiloqram narkotiklə tutuldu
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
XƏBƏR LENTİ
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Formula 1-də üçüncü sərbəst yürüş başladı
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
-
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - (Foto)
-
Xarici ölkə vətəndaşı ilə əlaqəsi olan şəxs 11 kiloqram narkotiklə tutuldu
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
-
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
-
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Azərbaycana ən çox kimlər gəlib?
-
Xarici yazar Azərbaycan şəhidlərini yad etdi: “Azərbaycan yenidən şəhidlərinə baxır”
-
Ziraat Bank Azərbaycan müştərilərinə xüsusi üstünlüklər və eksklüziv imkanlar təqdim edən yeni Visa Infinite premium kartını istifadəyə verib
-
Bu şəxslər dövlət qulluğuna qəbul edilməyəcək - Yeni qayda
-
Qazaxıstanda matəm günüdür
-
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib - (Foto)
-
Azərbaycanda kartlarla bağlı yeni məlumat





