AŞPA-nın açıq qərəzli siyasəti bu qurumun dünyada nufuzunu itirdiyininin göstəricisidir - Azər Qarayev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa Şurası Parlament Assambleyası da (AŞPA) Azərbaycana qarşı qarayaxma kompaniyasını davam etdirir. AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi də anit-Azərbaycan siyasətinin tərkib hissəsidir.
Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, Vətən müharibəsindəki qələbə və ötən il ərazi suverenliyini tam bərpa etdikdən sonra Azərbaycana qarşı qərəzli siyasət geniş vüsət alıb.
"Tarixə nəzər salsaq, Azərbaycanın AŞPA-ya üzvlükdə məqsədi tapdanmış hüquqlarının bərpası, beynəlxalq hüququn təmin edilməsi olub. Bu qurum isə artıq öz mahiyyətindən uzaqlaşaraq ölkəmizə qarşı ədalətsiz yanaşma sərgiləyir. 30 illik işğal dövründə Azərbaycana qarşı edilən haqsızlıqları, tapdanan hüquqları görməzdən gələn AŞPA heç bir köməklik göstərmədi. AŞPA-dakı deputatlara insan haqları və vətəndaş hüquqları, ərazi bütünlüyü və sərhəd toxunulmazlığı prinsipləri bu qədər dəyərlidirsə, erməni işğalının davam etdiyi 30 il ərzində həmin şəxslər niyə susdular? Azərbaycanın yüz minlərlə məcburi köçkünün hüquqlarını bərpa etməsi isə təşkilat üzvlərini niyəsə narahat edib. Uzun illər heç bir addım atmayan AŞPA indi heç bir əsas olmadan Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqləmir", - deyə A.Qarayev əlavə edib.
A.Qarayev əlavə edib ki, AŞPA-nın açıq qərəzli siyasəti eyni zamanda bu qurumun dünyada nufuzunu itirdiyini və siyasi dairələrin əlində alətə çevrildiyinin göstəricisidir.
"Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməzsə və ya səsvermə hüququ süni səbəblərlə, uydurulmuş ittihamlar əsasında məhdudlaşdırılarsa, Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırması qaçılmaz olacaq. AŞPA-da Azərbaycana qarşı qərarı dəstəkləyənlər anlamalıdırlar ki, onların qərəzli yanaşması nəticəsində Cənubi Qafqazdakı etibarlı tərəfdaşı itirəcəklər. Açıq-aydın görünür ki, AŞPA-dakı ermənipərəst üzvlər Azərbaycanın öz torpaqlarını azad etməsindən, yürütdüyü müstəqil siyasətdən ciddi narahatlıq keçirirlər".
A.Qarayev vurğulayıb ki, Azərbaycanın müstəqil siyasəti, dəyişməz mövqeyi bir sıra Qərb dairələri tərəfindən qəbul edilmir, onlar müxtəlif təzyiq vasitələri ilə Azərbaycanın iradəsinə təsir etməyə çalışırlar.
"Həmin dairələr tərəfindən də qəbul edilməlidir ki, heç bir qərar, qətnamə, bəyanat Azərbaycan xalqının iradəsinə təsir edə bilməz. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət yürüdür. Qərb dairələri də anlamadır ki, onların bu mövqeyi ilə Azərbaycan heç bir zaman barışmayacaq. Onlar nə qədər tez anlasalar ki, bu metodlar onlara heç bir fayda gətirməyəcək, o qədər yaxşıdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
XƏBƏR LENTİ
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib





