“Valideynlər övladları ilə heyvan kimi davranmamalıdır” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlar yeniyetmə qızların evlərindən didərgin düşməsi, qəfildən yoxa çıxması halları çoxalmağa başlayıb. Bu hal ən çox 13-16 yaşlı qızlar arasında yaşanır.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Psixologiya elmləri namizədi, pedaqoq, sabiq millət vəkili Gülər Əhmədova "Yeni Sabah"a danışıb.
O bildirib ki, bu cür məsələlərdə ailənin rolu önəmlidir:
"Yetkinlik yaşına çatmayan qızların evdən qaçmasında iki mühüm faktor rol oynayır. Bunlar ailə və ətraf mühitdir.
Həzrət Əli deyirdi ki, övladlarımız bizdən daha çox, yaşadıqları zəmanəyə bənzəyir. Bilməyinizi istəyirəm ki, Azərbaycan əxlaq, mədəniyyət qovşaqlarının kəsişdiyi bir yerdir. İnsanlar artıq mənəviyyat haqqında çox az düşünürlər. Bu məsələdə dinin də rolu var. Bakıətrafı kəndlər, Naxçıvan kimi klassik ailə dəyərlərinin qorunduğu bölgələrdə belə hadisələr demək olar ki, olmur".
Gülər Əhmədova yeniyetmə qızlara sosial şəbəkələrin necə təsir göstərdiyini də açıqlayıb:
"Bu gün cəmiyyətdə müxtəlif sosial platformalar öz mənfi təsirlərini açıq şəkildə göstərir. İnsanlar sosial şəbəkələrdən istifadə etdikcə bütün milli-mənəvi dəyərlərimizi yaddan çıxarmağa başlayırlar.
Həmçinin, sosial şəbəkələrdə ziyanlı kontentlərə baxmaq təhsildən və sağlam vərdişlərdən uzaqlaşan, idmanla məşğul olmayan, dinimizi bilməyən və heç bir qibləsi olmayan qızlar və oğlanlar kütləsi yaradır. Beləliklə onlar evdən qaçır, ümumiyyətlə isə nə etdiyini və istədiyini bilmirlər".
Ekspert bildirir ki, valideynlər övladları ilə heyvan kimi davranmamalıdır:
"Şübhəsiz ki, ailədaxili tərbiyə, həm ata həm ananın rolu danılmazdır. Valideynlər cahil olmamalı, uşağa heyvan kimi davranmamalı (yeməyini, içməyini verdim, vəssalam), övladları ilə daima vaxt keçirməli, bir yerdə xeyrə-şərə getməli, dostluq etməlidirlər. Ələlxüsus qız anaları övladları ilə daha yaxından məşğul olmalı, problemləri ilə birbaşa maraqlanmalıdırlar. Analar öz qızlarının rəfiqəsi, sirdaşı olmağı bacarmalıdır. Düşünürəm ki, belə olduğu təqdirdə, sözügedən problemlər öz həllini tapacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
MİQ-də uğur qazanan müəllimlərin bir qismi niyə işlə təmin olunmur? - (Video)
-
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə müsahibə
-
Yasamalda sakinlərlə tikinti şirkəti arasında qiymət mübahisəsi - (Video)
-
“Özcan məni ölümlə hədələyir” - müğənninin qardaşı - (Foto)
-
“Eşref” geri qayıdır
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı - Yenilənib (Foto)
XƏBƏR LENTİ
-
MİQ-də uğur qazanan müəllimlərin bir qismi niyə işlə təmin olunmur? - (Video)
-
Evlərin divarına folqa sarımağa başladılar
-
Bu möcüzəni yeyənin qaraciyəri yenilənir: Suyunu içməyin
-
Gündə 1 çay qaşığından çoxu zərərlidir: Təzyiq xəstələrinin uzaq durmalı olduğu 3 qida
-
Ən çox qəhvə içilən ölkələr
-
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə müsahibə
-
Yasamalda sakinlərlə tikinti şirkəti arasında qiymət mübahisəsi - (Video)
-
Axşam yeməyində makaron yemək bu 2 səbəbə görə kökəltmir
-
“Özcan məni ölümlə hədələyir” - müğənninin qardaşı - (Foto)
-
Ronaldo milli komandanı tərk etməsi ilə bağlı açıqlama yayıb
-
“Eşref” geri qayıdır
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı - Yenilənib (Foto)
-
"Barselona" Holann üçün 151 milyon avro təklif edəcək
-
Günün qoroskopu: Şəxsi həyatınız enişli-yoxuşlu olmağa davam edir
-
Sabah Yasamalda işıq olmayacaq
-
Kürdəmirdə işçilər xəbərdarlıq edilmədən işdən çıxarıldı - (Video)
-
Ronaldo millinin düşərgəsini tərk edib
-
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - (Video)
-
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib
-
Getdiyi sürətlə körpüyə çırpıldı - Hadisə yerindən (Video)
-
Netanyahu 150 nəfəri xilas edn qəhrəman sərnişinlə görüşdü - (Video)
-
Altı dəfə Fransa çempionu olan klub 2 manata satıldı
-
İspaniyanın ən yüksək maaş alan idmançısı





