Ölkə

Bu ölkədə evlənən gənclər Azərbaycan şəhidliyində... - FOTO

11 Noyabr 2023 22:04
Baxış: 1 430
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Livanda Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidə artıq yerli gənclərin ziyarətgahına çevrilir.

Milli.Az axar.az-a istinadən bildirir ki, Kavaşra qəsəbəsində gənclər evləndiyi zaman həmin bölgədə Azərbaycan şəhidləri üçün ucaldılmış abidəni ziyarət edirlər.

Bu artıq ənənə halına gətirilib. Gənclər Azərbaycan şəhidlərini öz şəhidləri kimi qəbul edir və abidənin önündə təzim edirlər.

Qeyd edək ki, bu xatirə abidəsi 2022-ci ilin 8 noyabr tarixində Zəfər bayramı münasibəti ilə Azərbaycan Respublikasının Livandakı səfirliyinin sabiq müvvəqqəti işlər vəkili Şahin Pənahov tərəfindən ucaldılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.