Ölkə

Bu tibb işçilərinə vergi güzəştləri olacaq

2 Noyabr 2023 12:20
Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan şəxslərə vergi güzəştləri veriləcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi"ndə əksini tapıb.

Layihəyə əsasən, bu şəxslərə ƏDV güzəştləri tətbiq ediləcək. Başqa sözlə, tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə ilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 2024-cü ilin 1 yanvar tarixindən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılması nəzərdə tutulur. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə edilməlidir.

Qeyd edilib ki, səhiyyə sahəsi üzrə kölgə iqtisadiyyatının mövcudluğunu şərtləndirən əsas amillərdən biri tibbi xidmətlərə görə ödənişin nağd şəkildə əldə edilməsidir. Bu isə eyni zamanda dövlət büdcəsinə daxil olmalı vergilərin azalmasına gətirib çıxarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.