Ölkə

Bakıda kuryoz hadisə: "ayıq sürücü” çağırdı, amma... - VİDEO

8 Sentyabr 2023 08:47
Baxış: 2 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda kuryoz hadisə baş verib. Paytaxt sakini içikili olduğu üçün "ayıq sürücü" çağırıb. Ancaq çağırılan ayıq sürücünün də sərxoş olduğu üzə çıxıb.

Tural Hüseynov deyir ki, sürücünün içkili olması səbəbi ilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən avtomobil duracağa aparılıb.

Paytaxt sakini bildirib ki, hazırda avtomobilə tətbiq edilən cərimənin üzərinə hər gün faiz gəlir, ödəyən isə yoxdur.

"Xəzər Xəbər" məsələ ilə əlaqədar sözügedən taksi şirkəti ilə əlaqə saxlayıb. Bildirilib ki, müştərini aparan sürücü həmin şirkətdə xidmət göstərmir. Belə ki, şirkətin müştəriyə təyin etdiyi sürücü Samir Kərimov adlı şəxs, iyun ayının 22-si yerinə Fərid adlı dostunu göndərib.

"Avtomobilə yazılmış cərimənin məsuliyyəti Samir Kərimovun üzərinə düşür. Onunla isə əlaqə saxlaya bilmirik. Qayda pozan sürücünün məlumatları mövcud olsa da, avtomobil sahibi bunu qəbul etmir",- deyə şirkətin nümayəndəsi bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.