Ölkə

Daha bir aşağıbüdcəli aviaşirkət Azərbaycana uçuşlara başlayır

6 Sentyabr 2023 12:46
Baxış: 1 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə bu il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən xarici aviaşirkətlərin sırasına "WizzAir Malta", "Flyadeal", "Air Cairo" kimi aşağıbüdcəli aviadaşıyıcılar əlavə olunub.

Milli.Az xəbər verir ki, Dövlət Mülki Aviasiya Agentliyinin bu istiqamətdə gördüyü işlər nəticəsində müvafiq xarici aşağıbüdcəli aviaşirkətlərin sayı 16-ya çatdırılaraq, onların sırasına Gürcüstanın "Georgia Wings" aviadaşıyıcısı da əlavə olunacaq.

Bununla da Bakıdan uçuşlar yerinə yetirilən populyar istiqamətlərdə yalnız bir aviaşirkətin xidmət göstərdiyi marşrut qalmayacaq.

Gürcüstan aviadaşıyıcısının Tbilisi-Bakı marşrutu üzrə ilk reysi sentyabrın 6-da olacaq. Aviaşirkət 72 nəfər üçün nəzərdə tutulmuş ATR72-500 təyyarəsi ilə Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə həftədə 3 dəfə olmaqla (çərşənbə, cümə və bazar günləri) müntəzəm uçuşlar yerinə yetirəcək.

Qeyd edək ki, yaxın zamanda "IndiGo" (Hindistan), "Aegean Airlines" (Yunanıstan) və "Air Arabia Abu-Dhabi" (BƏƏ) aviaşirkətləri də Bakıya uçuşlar həyata keçirilməyə başlayacaq. Bu da büdcəli səyahətlər üçün yeni perspektivlərin açılmasını və ölkəmizin daha da əlçatan və cəlbedici turizm məkanına çevirilməsi istiqamətində işlərin fəal şəkildə davam etdiyini göstərir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.