Ölkə

Bu rayonlarda qaz kəsiləcək

25 Avqust 2023 09:21
Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Ağdam, Masallı və Ağdaş rayonlarının qaz təchizatı dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Ağdam 4 yol" ölçü qovşağından qidalanan qaz kəmərinin kipliyə sınaq olunması, həmçinin, "Qaz İxrac" İdarəsi tərəfindən "Alvadı" və "Ağdaş" Qaz Paylayıcı Stansiyalarının (QPS) girişində 200 mm-lik kranların dəyişdirilməsi ilə əlaqədar avqustun 25-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir işləri görülən müddətdə Ağdam, Masallı və Ağdaş rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.