Ölkə

Sabah bu ərazilərdə qaz KƏSİLƏCƏK

23 Avqust 2023 18:59
Baxış: 2 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Bakının Xəzər rayonunun bəzi yaşayış massivlərində, həmçinin Göyçay rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 24-də saat 09:00-dan "Pirallahı-Qala" qaz ölçü qovşağından qidalanan qaz kəmərində və saat 10:00-dan "Qaz İxrac" İdarəsi tərəfindən "Göyçay 2" ölçü qovşağından qidalanan qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir işləri görülən müddətdə Xəzər rayonunun Dübəndi Südçülük və Zirə Südçülük sovxozlarının, Qala kəndinin, Xaşa-Xuna, Laçın və Kəlbəcər sakinlərinin məskunlaşdığı yaşayış massivlərinin, həmçinin Göyçay rayon mərkəzinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.