Ölkə

Azərbaycanın təmiz havası olan bu bölgəsində insanlar üfunətdən nəfəs ala bilmir... - VİDEO

23 Avqust 2023 12:13
Baxış: 1 497
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zaqatala şəhərindən keçən çaya axıdılan kanalizasiya suları sakinləri narazı salıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Fikrət Əmirov küçəsinin sakinləri yaxınlıqdan keçən Bəkməz çayına axıdılan kanalizasiyanın üfunətindən illərdir ki, əziyyət çəkirlər.  çayın yatağından qalxan üfunət evlərə dolur. Aidiyyətı üzrə olunan müraciətlər isə heç bir nəticə vermir. Hər dəfə onlara məsələnin həll olunacağına söz verilsədə vəziyyət dəyişmir.

Vəziyyətlə bağlı  Azərsu ASC dən "Xəzər Xəbər"ə bildirdilər ki, "Qeyd olunan ünvanda kanalizasiya xəttində qəza baş verib. Həmin ərazidəki köhnə şəbəkədir və bir neçə dəfə qəza olub. Problemin birdəfəlik həlli üçün 160 m uzunluğunda xətt dəyisdirilməlidir. Zəruri mal material alınması üçün müraciət olunub və problem qısa müddətdə aradan qaldırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.