Ölkə

Elmar Hüseynovun ailəsi illər sonra Azərbaycanda - Şuşaya getdi - FOTOlar

9 Avqust 2023 12:07
Baxış: 5 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Monitor" jurnalının qətlə yetirilən baş redaktoru Elmar Hüseynovun ailəsi illər sonra Azərbaycana gəlib. 

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, E.Hüseynovun həyat yoldaşı Rüşaniyyə Hüseynova və oğlu Aslan 17 il sonra Bakı ilə yanaşı Şuşaya da səfər edib.

Səfər Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilib.

R.Hüseynova özü də səfərlə bağlı paylaşım edərək Bakının çox dəyişdiyini, lakin eyni zamanda əvvəlki kimi doğma və əziz olduğunu bildirib: "Məni şəhərin mərkəzinin və bulvarının miqyası valeh etdi. 17 il sonra oğlumuz Aslan öz tarixi vətəninə gəldi".

O, daha sonra Şuşa şəhərinə səfər etdiklərini vurğulayıb: "30 ildən sonra Şuşa bizimdir! Şuşa bizim tarixi irsimizin ürəyidir. Şuşa şəhərinə tərəf "Zəfər yolu" ilə getdikdə hərbçilərimiz tərəfindən nümayiş olunan qəhrəmanlığı tam anlayırsan".

Qeyd edək ki, Elmar Hüseynov 2005-ci ildə qətlə yetirilib. Onun ailəsi hadisədən sonra Norveçə köçərək orada yaşayır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.