Ölkə

İyulun ilk gününə olan HAVA PROQNOZU

30 İyun 2023 13:06
Baxış: 1 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda və Abşeron yarımadasında iyulun 1-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.