Ölkə

Gələn həftədən Azərbaycanda 7 günlük tətil başlayır

19 İyun 2023 09:34
Baxış: 4 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələn həftədən Azərbaycanda 7 günlük tətil başlayır.

Milli.Az xəbər verir ki, Baş nazir Əli Əsədovun iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə imzaladığı qərarə əsasən, 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 26 iyun Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir. 1-2 iyul şənbə-bazara təsadüf etdiyindən 26 iyun - 2 iyul tarixləri arasında 7 gün ardıcıl qeyri-iş günü olacaq.

7 günlük tətildən sonra isə yeni iş günü iyulun 3-dən başlayacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.