Ölkə

Bakıda minik avtomobili "Kamaz"la toqquşub, ölən var

27 Aprel 2023 09:21
Baxış: 1 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Atakişiyev Hümmət Baba oğlunun idarə etdiyi "Lada Priora" markalı avtomobil Nəsimi rayonu Ceyhun Səlimov küçəsi ilə A.Salamzadə küçələrinin kəsişməsində İsmayılov Hüseyn Əli oğlunun idarə etdiyi "Kamaz" markalı avtomobillə toqquşub. Nəticədə "Lada Priora" markalı avtomobildə olan 2002-ci təvəllüdlü sərnişin Cəfərov Pərvin Pərviz oğlu ölüb. Avtomobildəki digər sərnişinlər Sadıqov Elmin İlham oğlu və Heydərli Fərid Xaliq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.