Ölkə

DYP sürücülərə müraciət etdi: Sabah səhər saatlarında...

27 Fevral 2023 11:24
Baxış: 1 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi əsəcək.

"Dumanlı hava şəraiti ilə bağlı sürücülərə əsas tövsiyəmiz budur ki, ara məsafəsinə, sürət həddinə diqqət yetirsinlər. Ən vacib olan budur".

Bu sözləri Milli.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

Onun sözlərinə görə, dumanlı havada görmə məsafəsi aşağı düşür: "Yol hərəkəti haqqında" Qanunun 50-ci maddəsində meteoroloji vəziyyət dəyişdikdə sürücülərin nələrə diqqət yetirməli olduqları məhz bu məsələdə xüsusi olaraq göstərilib. Sürücülərdən yollarda piyadalara qarşı diqqətli olmalğı və duman əleyhinə olan işıqlardan təyinatı üzrə istifadə etməyi xahiş edirik!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.