Ölkə

Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var - FOTO

14 Fevral 2023 09:45
Baxış: 1 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucarda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Cini kəndindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini 1959-cı il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR-la toqquşub.

Nəticədə, 1 nəfər hadisə yerində ölüb. Daha 3 nəfər - 1984-ci il təvəllüdlü Allahverdi Fizuli oğlu Hakverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.