Ölkə

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu - YENİLƏNİB - VİDEO - FOTO

30 Yanvar 2023 12:39
Baxış: 6 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:39

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Milli.Az xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edib.

Dəfn mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

---------
12:20

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərovun nəşi II Şəhidlər xiyabanına gətirilib.

Milli.Az xəbər verir ki, dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, müdafiə naziri Zakir Həsənov, daxili işlər naziri Vilayət Eyvazov, müdafiə sənayesi naziri Mədət Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov və digər dövlət rəsmiləri iştirak edir.

--------
11:43

Azərbaycanın İrandakı Səfirliyində törədilən terror zamanı şəhid olan Orxan Əsgərovla vida mərasimi baş çatıb.

Şəhidin cənazəsi dəfn olunmaq üçün İkinci Şəhidlər Xiyabanına yola salınıb.

---------

11:21

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla yaşadığı binanın həyətində vida mərasimi davam edir.

Milli.Az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən Ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatları, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Xarici İşlər Nazirliyinin nümayəndələri, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər şəxslər iştirak edir.

Ərazidə güclü təhlükəsizlik tədbirləri görülüb.

İnsanlar O.Əsgərovun vaxtilə yaşadığı ünvana axın edir, şəhidə ehtiramlarını bildirir, cənazəsi üstünə tər güllər düzürlər.

Hazırda mərhumla vida mərasimi davam edir.

---------
09:21

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovla vida mərasimi keçirilir.

Milli.Az xəbər verir ki, vida mərasimi Orxan Əsgərovun evində keçirilir.

Mərasimdə şəhidin yaxınları, həmkarları iştirak edir.

Şəhid olan Orxan Əsgərov II Şəhidlər xiyabanında dəfn olunacaq.

Dəfn mərasimi saat 12:00-da baş tutacaq.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.