Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
Milli.Az xəbər verir ki, RSK-nə məxsus 12 yük, 3 minik avtomobilindən ibarət karvan Xankəndidən Laçın istiqamətinə maneəsiz keçid edib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
Milli.Az