Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıblar - VİDEO - FOTO

16 Yanvar 2023 10:31

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

Milli.Az xəbər verir ki, RSK-nə məxsus 12 yük, 3 minik avtomobilindən ibarət karvan Xankəndidən Laçın istiqamətinə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Milli.Az