Ölkə

Sabirabadda ov icazəsi olmayan şəxslər saxlanılıb

14 Yanvar 2023 11:07
Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Muradbəyli kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, araşdırmalarla onların Sabirabad rayon sakini Rail Mustafayev və Masallı rayon sakini Fuad Əhədov olduqları müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərdən 2 ədəd ov silahı və qanunsuz olaraq ovlanmış 2 ədəd çöl ördəyi aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.