Ölkə

Vasif Talıbovun qızı da vəzifəsindən azad edildi

12 Yanvar 2023 10:39
Baxış: 5 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Naxçıvan Bank" ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb.

Milli.Az bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, indiyə qədər MŞ-ya sədrlik edən Əsədulla İsgəndərov vəzifəsindən azad edilib, onun yerinə Binnət Novruzov təyin olunub. Keçmiş sədr bundan sonra Şuranın üzvü kimi fəaliyyət göstərəcəkk, onunla birlikdə Şurada həm də Rüfət Məmmədov üzv kimi təmsil olunacaq.

Bundan başqa, indiyə qədər Şuranın üzvləri olan Baharxanım Talıbova (Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı) və Rifat Mahmudov da vəzifələrindən azad ediliblər.

Xatırladaq ki, "Naxçıvan Bank" 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmdarları adları açıqlanmayan 4 fiziki şəxsdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.